AHİK: Son beş 983 nəfər işə bərpa edilib

AHİK: Son beş 983 nəfər işə bərpa edilib
# 05 fevral 2018 07:59 (UTC +04:00)

Son 5 il ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv təşkilatlara 786 min 484 ərizə və şikayət daxil olub.

APA-nın məlumatına görə, bu, AHİK-in 2013-2017-ci illər ərzində gördüyü işlərə dair hesabatında əksini tapıb. Mraciətlərin 6,4 faizi işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar olub. AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2 faizi müsbət həllini tapıb. Əmək hüquqlarının pozulmasına dair AHİK və üzv təşkilatlara 5 il ərzində daxil olan 18916 müraciətin 3145-i işə bərpa ilə əlaqədardır. Onların həlli ilə bağlı 97 məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər işinə bərpa edilib.

İşdən çıxarılma ilə bağlı işəgötürənlər tərəfindən həmkarlar ittifaqlarına daxil olan 9088 müraciətdən 3103-nə razılıq verilməyib və işçilər işlərini davam etdiriblər.

Son 5 il ərzində AHİK-ə və üzv təşkilatlara daxil olan ərizələrin əksəriyyətini maddi yardımla bağlı müraciətlər təşkil edib və onların da hamısı həmkarlar təşkilatları tərəfindən müsbət həll edilib.

Ümumiyyətlə, hesabat dövrü ərzində həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat, o cümlədən AHİK üzrə 1 milyon manat maddi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR