Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb
# 12 iyul 2018 15:14 (UTC +04:00)

Bu ilin iyunun 30-na olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan borcu 8,346 mln. dollar təşkil edir.

APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə 149 min dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 186,087 mln. dollardır ki, bu məbləğin 5 mlrd. 59,496 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (276,345 mln. dollar), Yaponiya (214,121 mln. dollar) və Fransa (195,939 mln. dollar) daxildir.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu may ayı ilə müqayisədə azalaraq, müvafiq olaraq 16,019 mln., 66,102 mln. və 9, 350 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR