Zərdab rayonunun iki kəndi qazlaşdırılıb - FOTOSESSİYA

Zərdab rayonunun iki  kəndi qazlaşdırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 24 iyul 2015 20:49 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Bu gün Zərdab rayonun Əlibəyli və Allahqulubağı kəndlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, açılış mərasimində Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbəlayev iştirak edib.

Mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edib. Bildirib ki, artıq bununla rayonun 17 yaşayış məntəqəsində vətəndaşlar təbii qazdan istifadə edirlər. Hazırda rayonun digər yaşayış məntəqələrində qazlaşma işləri davam etdirilir. 2014 - 2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcək.

Çıxışlarda qeyd olunub ki, kənddə 31600 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 269 evə sayğac quraşdırılmış, qaz sobalarının quraşdırıldığı məsafəyə qədər xətt çəkilmişdir. Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunub.

Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR