ARDNF-in daşınmaz əmlak portfelinin gəlirliliyi 24% artıb

ARDNF-in daşınmaz əmlak portfelinin gəlirliliyi 24% artıb
# 21 oktyabr 2016 10:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Daşınmaz əmlaka investisiya bir sıra səbəblərdən Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) üçün cazibədar olub. "APA-Economics" xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov "Caspian Energy" jurnalına müsahibəsində deyib.


Onun sözlərinə görə, daşınmaz əmlaka investisiyalar portfelin diversifikasiyası, o cümlədən investisiya risklərinin azaldılması baxımından vacibdir. "Yaxın keçmişədək biz inkişaf etmiş və sabit icarə gəlirləri olan şəhərlərdəki əmlaka investisiya yatırırdıq. Bununla yanaşı, biz Asiya və Avropa bazarlarına dolayı investisiya yatırımı etməyə başladıq. Bu isə bizim portfelimizin rentabelliyinin yüksəlməsinə yönəlib. Hazırda daşınmaz əmlakın qiymətinin artması və icarə gəlirlərinin stabilliyi investisiyalarımızdan yüksək gəlir əldə etməyimizə səbəb olub. Bununla da daşınmaz əmlaka investisiya yatırımlarına başladığımız dövrdən, yəni 2013-cü ildən bəri daşınmaz əmlak portfelimizin gəlirliliyi 24% artıb", - deyə Ş. Mövsümov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR