Araz Əzimov: "Bakı bəyannaməsi bizi siyasi bəyanatlardan praktik işlərə sövq edir"

Araz Əzimov: "Bakı bəyannaməsi bizi siyasi bəyanatlardan praktik işlərə sövq edir"
# 01 dekabr 2017 15:28 (UTC +04:00)

"Biz Əfqanıstanla dostluq və qardaşlıq münasibətlərimizdən məmnunuq. Münasibətlərin tarixi əsası var və birgə səylərə əsaslanır. Bu gün ikitərəfli əsasda imzalanan sənədlər əlaqələri daha da gücləndirəcək".

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

O bildirib ki, İstanbul prosesi region ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır: "Biz həmsədrlik missiyamızı uğurla başa çatdırmışıq. Bakı bəyannaməsi əhəmiyyətli sənəddir. Bu sənəd bizi siyasi bəyanatlardan praktik işlərə sövq edir. Biz həmsədr olaraq Əfqanıstana dəstək çərçivəsində bu ölkənin dostu olaraq qalırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR