GUAM-ın 20 illiyi Tbilisidə xarici işlər nazirləri səviyyəsində qeyd ediləcək

GUAM-ın 20 illiyi Tbilisidə xarici işlər nazirləri səviyyəsində qeyd ediləcək
# 03 oktyabr 2017 11:52 (UTC +04:00)

“Bu ayın 8-də GUAM-ın 20 illiyini Tbilisidə xarici işlər nazirləri səviyyəsində qeyd edəcəyik”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. E. Məmmədyarov bildirib ki, GUAM-a üzv ölkələr planlaşdırılan nəqliyyat dəhlizinin üzərindədir: “Bu da bizə kömək edir ki, ölkələrin nəqliyyat, dəmiryol, sərhədlə bağlı qurumlarının rəhbərləri bu çərçivəsində geniş müzakirələr aparsınlar. Münaqişələrlə bağlı dörd üzv ölkə əziyyət çəkir. Bu ölkələrin hamısı beynəlxalq təşkilatlarda eyni mövqedən çıxır edir”.

P. Klimkin isə deyib ki, GUAM ölkələrinin oxşar siyasi hədəfləri var: “Əminəm ki, hər bir üzv ölkənin parlaq iqtisadi gələcəyi var. Qismən azad ticarət imkanlarından yararlana bilirik. Burada nəqliyyatla yanaşı, bir sıra əhəmiyyətli əməkdaşlıq sahələri var. Biz unikal tərəfdaşlıq modelinə malikik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR