Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda səsvermə başlayıb

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda səsvermə başlayıb
# 11 aprel 2018 06:28 (UTC +04:00)

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda səsvermə başlayıb.

APA-nın məlumatına görə, Türkiyə vaxtı ilə saat 08.00-da başlayan səsvermədə Baş Konsulluğun xidmət ərazisinə daxil olan İstanbul, Bursa, Ədirnə, İzmir, Antalya və b. vilayətlərdə yaşayıb-işləyən, Konsulluqda qeydiyyatdan keçən Azərbaycan vətəndaşları iştirak edirlər.

Baş konsul Məsim Hacıyev APA-ya bildirib ki, Baş Konsulluğun xidmət ərazisində 906 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda səsvermə saat 19.00-da başa çatacaq. Seçkinin nəticəsinə dair protokol və bülletenlər bir neçə gün içində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR