Azərbaycan ət idxalını cüzi artırıb

Azərbaycan ət idxalını cüzi artırıb
# 13 aprel 2018 08:14 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 13 mln. 208,68 min ABŞ dolları dəyərində 8 721,12 ton ət idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ilə müqayisədə 46,35 ton və ya 0,53% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 900,52 min dollar və ya 16,81% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 11 mln. 308,16 min dollar dəyərində 8 674,77 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,6%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR