Uqandada güclü yağış 15 nəfərin ölümünə səbəb olub

Uqandada güclü yağış 15 nəfərin ölümünə səbəb olub
# 03 oktyabr 2017 04:38 (UTC +04:00)

Uqandanın qərbində leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 15 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Uqanda Qırmızı Xaç Cəmiyyətinin “Tvitter” səhifəsində bildirilib.

“Rubande dairəsində baş verən daşqınlar və torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 8 nəfər itkin düşüb. Yaralılar xəstəxanalara göndərilib. Qırmızı Xaçın heyəti zərərçəkənlərə müvafiq yardım göstərir”, məlumatda deyilir.

Məlumata görə, regionda bir çox yaşayış evləri yararsız hala düşüb, bəziləri tamamilə dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR