Avro manata qarşı 0,6% bahalaşıb

Avro manata qarşı 0,6% bahalaşıb
# 28 oktyabr 2016 07:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 27-si ilə müqayisədə 0,55% bahalaşaraq 1,6381 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,62% möhkəmlənərək 1,7863 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 27-si ilə müqayisədə 0,77% bahalaşaraq 0,0261 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,13% zəifləyərək 0,5265 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9947 manatdır. Beləliklə, funt sterlinq 0,26%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6825 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR