“Mançester Yunayted” nigeriyalı hücumçunu icarəyə götürüb

“Mançester Yunayted” nigeriyalı hücumçunu icarəyə götürüb
# 01 fevral 2020 10:11 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi nigeriyalı Odion İqalonu icarəyə götürüb.

30 yaşlı hücumçu müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsusdur. O, cari mövsümün sonunadək Mançester təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, İqalo ötən mövsüm 19 oyunda 10 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR