Bu gün İtaliyada Milan-Bolonya marşrutu ilə hərəkətdə olan sürət qatarı relsdən çıxıb, nəticədə 2 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Milandan yola çıxan sürət qatarı Lodi yaxınlığında relsdən çıxıb.
Xilasedicilərin məlumatına görə, 2 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralılardan 28 nəfər yüngül xəsarət alıb.
İlkin məlumata görə, qatarın ilk iki vaqonu relsdən çıxıb.
Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.