BAXCP sədri Pakistan səfirinə başsağlığı verib

BAXCP sədri Pakistan səfirinə başsağlığı verib
# 14 iyul 2018 10:59 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmanda başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab səfir, Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatının olması məni kədərləndirdi. Bu qəddar və amansız terror aktını lənətləyir, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR