Bakıda 58 yaşlı kişi dənizdə batıb

Bakıda 58 yaşlı kişi dənizdə batıb
# 18 iyul 2018 16:23 (UTC +04:00)

Bakıda daha bir nəfər dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

1960-cı il təvəllüdlü Hüseynov Tərlanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verillib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR