Azərbaycana qaçaqmalçılıq yolu ilə ehtiyat hissələri keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə ehtiyat hissələri keçirmək istəyən şəxs saxlanılıb
# 15 noyabr 2016 08:41 (UTC +04:00)

Rusiyadan Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerindəki gizli saxlanc yerindən 5 adda, müxtəlif ölçüdə və formada, ümumilikdə 1840 ədəd dəzgah ehtiyat hissələri, 2 ədəd yivli-dəlici predmet aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR