Bakı Nəsimi rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO

Bakı Nəsimi rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO
# 31 dekabr 2019 00:20 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil Ceyhun Hacıbəyli küçəsi ilə yüksək sürətlə hərəkət edən zaman Vaqif prospektində işıqforla tənzimlənən yol ayrıcında hərəkətdə olan digər "Mercedes" markalı minik maşınına çırpılıb.

Qəza nəticəsində bir avtomobil yararsız hala düşüb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR