Bu ilin ilk Ay tutulması başlayıb

Bu ilin ilk Ay tutulması başlayıb
# 31 yanvar 2018 12:48 (UTC +04:00)

İlin ilk Ay tutulması başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Onun sözlərinə görə, tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünəcək və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq: “Azərbaycan ərazisində saat 18:00-dan sonra Ay tutulmasını müşahidə edə biləcəyik”.

X. Mikayılov bildirib ki, tutulma zamanı Ay qırmızı rəngdə göründüyü üçün buna adətən “Qanlı Ay tutulması” da deyilir: “Super Ay tutulması” yanvarın 1-də müşahidə olunub, bugünkü “Super Ay tutulması” deyil”.

Direktor müavini qeyd edib ki, tutulma Yerin ekvatorial zonasında baş verəcək.

Qeyd edək ki, ikinci Ay tutulması iyulun 28-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR