"Bank Respublika"nın əməkdaşları haqqında cinayət işi başlanıb

"Bank Respublika"nın əməkdaşları haqqında cinayət işi başlanıb
# 18 may 2018 13:27 (UTC +04:00)

"Bank Respublika” ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev, bankın əməkdaşları - Pərvin Həşimov, Nicat Cəfərov və Məmməd Abbasovun barəsində cinayət işi başlanılıb.

APA-nın xəbərinə görə, həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, “Bank Respublika” ASC-nin İmişli filialının vəzifəli şəxsləri 12 avqust 2014-cü ildən 2015-ci ilin oktyabrın 31-dək olan müddətdə Mərkəzi Bankın “Banklarda kredit verilməsi” qaydalarının tələblərini kobud şəkildə pozublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR