Rusiyada spirt tərkibli içkidən ölənlərin sayı 71 nəfərə çatıb - YENİLƏNİB-1

Rusiyada spirt tərkibli içkidən ölənlərin sayı 71 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-1
# 22 dekabr 2016 07:24 (UTC +04:00)

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib. Onun sözlərinə görə, ümumilikdə konsentratdan 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir.

***

04.54

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.

«Bu gecə daha bir nəfər dünyasını dəyişib, hadisə ilə əlaqədar zərərçəkənlərin sayı 109 nəfərə çatıb. Hazırda xəstəxanalarda 37 nəfər həkimlərin nəzarəti altındadır”, deyə T.Şkurskaya bildirib.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.

***

21 dekabr

20:24

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 62 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.

Onun sözlərinə görə, zərərçəkənlərin sayı ümumilikdə 107 nəfər təşkil edib.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR