"Azpromo": Dubay şirkətləri MDB-yə daxil olmaq üçün Azərbaycandan istifadə edir

"Azpromo": Dubay şirkətləri MDB-yə daxil olmaq üçün Azərbaycandan istifadə edir
# 20 oktyabr 2016 09:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakıda Azərbaycan-Dubay biznes forumu keçirilir.

"APA-Economics" xəbər verir ki, forumu açılış nitqi ilə açan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizlə Dubay arasında əlaqələrin uzunmüddətli tarixə malik olduğunu, Azərbaycan şirkətlərinin nəinki Dubay bazarına, o cümlədən ətraf ölkələrin bazarlarına daxil olmaq üçün Dubayı bir hab olaraq gördüyünü qeyd edib.

Onun sözlərinə görə, Dubay şirkətləri də öz növbəsində MDB bazarlarına daxil olmaq üçün Azərbaycandan mərkəz olaraq istifadə edir. "Hər iki ölkə coğrafi şəraitdən istifadə edərək investisiya imkanlarının artmasına töhfə verir. Azərbaycan bu mənada sağlam biznes imkanları təqdim edir. Bundam başqa, bu il Azərbaycanda xüsusilə Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin üstünlüyü müşahidə olunurdu. Ölkəmizə turist kimi gələnlər sonradan burada biznes qurmaqla bağlı qərar verirlər. Bu o deməkdir ki, Azərbaycan yalnız məhsullar satmaq üçün bazar rolunu oynamır, o cümlədən biznes həyata keçirmək üçün də əlverişli bir ölkədir. Azərbaycan Dubaydan olan dostlarını həm burada, həm də digər ölkələrdə biznes imkanlarından istifadə etməyə dəvət edir", - deyə R. Məmmədov bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin "Dubai Exports" təşkilatının icraçı direktorunun müavini Məhəmməd Əli əl-Kamali də Azərbaycanın regionun ən inkişaf etmiş iqtisadi imkanlara malik ölkə olduğunu qeyd edib. "Dubai Exports" 2012-ci ildən Azərbaycan iqtisadiyyatına maraq göstərir. Bugünkü forumda Dubaydan 20-yə yaxın şirkət iştirak edir. Bizim üçün daha çox maraqlı sahələr əsasən tikinti, ərzaq, parfümeriya və qablaşdırmadır. Həqiqətən də Azərbaycanda biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şərait var. Buna görə də biz öz şirkətlərimizi Azərbaycana investisiya yatırmağa çağırırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, forum panel sessiyaları, iş adamları arasında ikitərəfli görüşlərlə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR