Noyabrda Ceyhan limanından neftin nəqli 30%-dən çox azalıb

Noyabrda Ceyhan limanından neftin nəqli 30%-dən çox azalıb
# 05 dekabr 2014 09:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayı ərzində 1 847 434 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% azdır. Bu həcmin 1 012 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 442 278 ton təşkil edib ki, bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 2,3% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il dekabr ayının 1-ə qədər Ceyhan limanından 259 586 192 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR