Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır
# 29 mart 2013 09:10 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 29-dan 30-a keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər saatlarında yağıntıların kəsəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində də arabir yağıntılar olacağı gözlənilir. Səhər qərb rayonları, gündüz şərq rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gecə və səhər küləyin sürəti arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 14-19, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq

Martın 31-dən etibarən isə ölkə ərazisində havanın temperaturu tədricə yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR