Sabunçu rayonu ərazisində yarımstansiyada yanğın olub

Sabunçu rayonu ərazisində yarımstansiyada yanğın olub
# 08 noyabr 2014 06:41 (UTC +04:00)

Bakı – APA. Bakının Sabunçu rayonu ərazisində yarımstansiyada yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda “Azərenerji” ASC-yə məxsus, gücü 110 kVt olan yarımstansiyanın ərazisində ümumi sahəsi 12 kv.m olan elektrik otağında 1 ədəd elektrik açarı və 6 p.m çıxış kabelləri yanıb.

Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR