Sabunçuda yanacaqdoldurma məntəqəsində yanğın olub

Sabunçuda yanacaqdoldurma məntəqəsində yanğın olub
# 11 iyul 2014 17:32 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda yanacaq doldurma məntəqəsinin ərazisində həcmi 20 min kub olan yancaq çəninin içərisində qalmış neft məhsulları və ətrafa dağılmış mazut qalıqları 15 kv.m sahədə yanıb.

Qonşu çənlər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 16:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR