Əmək və əhalinin sosial müdafiəsi naziri Sabirabadda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sabirabadda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 mart 2015 09:02 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda 4 rayon və şəhərin sakinlərini qəbul edib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri əsasən dövlət hesabına mənzil və minik avtomobili, əlil arabası ilə təmin olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinə köməklik göstərilməsi məsələlərini əhatə edib.

Digər müraciətlərdə məşğulluq, əmək hüquqlarının təminatı, peşə reabilitasiyasına cəlb olunma və s. məsələlər əksini tapıb. Nazir müraciətlərin obyektiv şəkildə araşdırılaraq cavablandırılması barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlarını verib.

S. Müslümov prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısının nəticəsi kimi, bütün sosial proqram və layihələrin bu il də uğurla davam etdirildiyini, o cümlədən respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün yeni evlərin inşa olunduğunu diqqətə çatdırıb: “Məsələn, hazırda sakinlərini qəbul etdiyimiz Sabirabad rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 10 ədəd, Saatlı rayonunda 9 ədəd, Hacıqabul rayonunda 5 ədəd, Şirvan şəhərində isə 7 ədəd fərdi ev tikilir və cari ilin sonunadək bu 4 rayon və şəhərdə əlavə olaraq yeni fərdi evlərin də tikintisi nəzərdə tutulur”.

Qəbul zamanı bir sıra müraciətlərdə qaldırılan məsələlər yerində həllini tapıb, o cümlədən ayrı-ayrı şəxslərin məşğulluğunun təminatına köməkliklər göstərilib və onlara münasib iş yerlərinə göndərişlər verilib.

Nazir müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi, bir sıra şəxslərin bərpa-müalicəsinə cəlb edilməsi, müvafiq reabilitasiya vasitələri ilə təmin olunması barədə tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR