Azərbaycanın Qarsdakı baş konsulu vilayətin yeni baş prokuroru ilə görüşüb

Azərbaycanın Qarsdakı baş konsulu vilayətin yeni baş prokuroru ilə görüşüb
# 20 oktyabr 2014 13:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı Qars vilayətinin yeni baş prokuroru Ramazan Akınla görüşüb.

Konsulluqdan APA-ya verilən məlumata görə, A. Süleymanlı görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişafdan bəhs edib, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Әrzurum boru kəmərlərinin və Bakı-Tiflis-Qars dәmir yolunun beynəlxalq iqtisadi əhəmiyyətindən danışıb.

R. Akın isə yeni təyinatı üzə fəaliyyətə başladığı müddətdə Azərbaycan dövləti tərəfindən Qars şəhərində inşa olunan və Heydər Əliyevin adını daşıyan sənaye peşə təmayüllü liseyə baş çəkdiyini, məktəbin əzəmətli xarici görünüşünü, quruluşunu və fəaliyyətinin mahiyyətini yüksək dəyərləndirib. Prokuror Azərbaycana səfər etmək arzusunda olduğunu da diqqətə çatdırıb.

Söhbət zamanı həmçinin ölkələrimiz arasında daim yüksələn münasibətlərin əhəmiyyətindən bəhs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR