Bakıda piyadanı avtomobillə vurub hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı avtomobillə vurub hadisə yerindən qaçan sürücü tutulub
# 14 yanvar 2015 08:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də günorta saatlarında Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Bayramovu avtomaşınla vuraraq ona ağır bədən xəsarəti yetirib hadisə yerindən qaçan şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Eldar Əhmədov müəyyən olunub. Sürücü idarə etdiyi "VAZ 2106" markalı avtomobillə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR