Azərbaycan XİN: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, “işçi qrup” isə özfəaliyyətin nəticəsidir”

Azərbaycan XİN: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, “işçi qrup” isə özfəaliyyətin nəticəsidir”
# 17 oktyabr 2014 18:07 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qeyd olunan sənədlərdə Azərbaycan və bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün birmənalı dəstəklənməsi ifadə olunduğu halda, ermənipərəst deputatlar Frank Engel və Eleni Teokarus tərəfindən yaradılmış “işçi qrup”un heç bir siyasi qüvvəsi yoxdur.

“Hər hansı rəsmi statusa malik olmayan, Ermənistan və erməni diasporunun təsiri altında olan bu şəxslərin özfəaliyyəti nəticəsində bu “işçi qrup”un yaradılması Avropa Parlamentinin mövqeyi ilə ziddiyyət təşkil edir. Məsələ ilə əlaqədar Avropa Parlamentinə sorğu ünvanlanıb. Avropa Parlamentindən KİV-ə verilən məlumatda sözügedən məsələnin olsa-olsa Avropa Parlamenti daxili qrup (“inter-group”) ola biləcəyi ehtimal edilib. Beləliklə, sözügedən “qrup”un Avropa parlamentində səsvermə yolu ilə yaradılmadığı təsdiq olunub”.

Bu fakt bir daha ona dəlalət edir ki, həmin “qrup” yalnız Avropa Parlamentində Ermənistan və erməni diasporunun təsiri altında olan bəzi şəxslərin özfəaliyyətinin nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR