Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhərinin Azərbaycan küçəsində yaşayan Eldar Tanrıquliyev idarəyə müraciət edərək bildirib ki, yanvarın 8-də evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər onun yaşadığı evə daxil olaraq oradan 7 min 650 manat nağd pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.