Bank Of Baku

Xalq artisti Elmira Şabanova vəfat edib - YENİLƏNİB

Elmira Şabanova

© APA | Elmira Şabanova

# 25 noyabr 2026 19:24 (UTC +04:00)

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində keçiriləcək.

Bu barədə APA-ya mərhum Xalq artistinin qızı məlumat verib.

“Vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra Yasamal qəbiristanlığında atamın qəbrinin yanında dəfn edəcəyik”, – deyə qızı bildirib.

***

18.53

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə Xalq artistinin qızı, kinoşünas Leyla Şabanova bildirib.

“Nəslimizin dayağı, gözəl anamız, nənəmiz, ulu nənəmiz bu gün haqq dünyasına qovuşdu”, - Leyla Şabanova qeyd edib.

Qeyd edək ki, Elmira Şabanova 1940-cı ildə Bakıda anadan olub. O, 30-a yaxın bədii filmdə rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR