Hindistan hökuməti pambıq ixracına qoyduğu qadağanı 6 gündən sonra ləğv edib

Hindistan hökuməti pambıq ixracına qoyduğu qadağanı 6 gündən sonra ləğv edib
# 12 mart 2012 11:36 (UTC +04:00)
Bakı - APA-Economics. Hindistan hökuməti pambıq ixracına qoyduğu qadağanı ləğv edib. “APA-Economics”in “Hindustan Times”a istinadən xəbərinə görə, bu barədə ölkənin ticarət naziri Anand Şarma açıqlama verib.

Bununla da Hindistan hökumətinin martın 5-də pambıq ixracına qoyduğu qadağa cəmi 6 gün qüvvədə olub. Qadağanın tətbiqinə səbəb yerli istehsalçıların maraqlarını qorumaq olub.

Qeyd edək ki, ötən maliyyə ilində (martda başa çatacaq) pambıq ixracının həcmi hökumətin gözləntilərini üstələyib. Hindistan il ərzində 8,5 mln. bağlama (bir bağlamanın çəkisi 170 kq) ixrac edib. proqnozlara görə, cari ildə Hindistandan xammal ixracı 10 mln. bağlamadan artıq ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR