BAXCP-nin qurultayına hazırlıq davam etdirilir

BAXCP-nin qurultayına hazırlıq davam etdirilir
# 18 iyun 2012 14:13 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının III (IV) Qurultayına hazırlıq davam etdirilir. BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq partiyanın 5 rayon təşkilatında hesabat-seçki konfransları keçirilib.

Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədr müavini, partiyanın baş katibi Söhrab Abdullayevin sözlərinə görə, ötən həftə ərzində BAXCP-nin Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarında hesabat-seçki konfransları keçirilib: "Bütün konfranslar BAXCP-nin Nizamnaməsinə uyğun şəkildə keçirilib və heç bir pozuntu qeydə alınmayıb. Ümumilikdə 5 rayondan BAXCP-nin III (IV) Qurultayına 96 nəfər nümayəndə seçilib".

Baş katib bu ilin oktyabr ayınadək BAXCP-nin bütün rayon və şəhər təşkilatlarında hesabat-seçki konfranslarının keçiriləcəyini bildirib.

BAXCP-nin Nizamnaməsinə uyğun olaraq, partiyanın III (IV) Qurultayı bu ilin oktyabrında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR