Türkiyədə polis idarəsinə terror hücumu nəticəsində üç nəfər həlak olub - YENİLƏNİB

Türkiyədə polis idarəsinə terror hücumu nəticəsində üç nəfər həlak olub - <span style="color: red;">YENİLƏNİB
# 08 iyun 2016 11:41 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 3 nəfər həlak olub.

APA-nın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib. Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.

Avtomobildə təxminin 500 kq partlayıcı olduğu güman edilir.

Baş nazir Binəli Yıldırım terror hücumu zamanı 1 polis əməkdaşı və 2 mülki vətəndaşın həlak olduğunu bildirib. Yaralıların sayı 30-dan çoxdur.

***

Saat 12.55

Bakı - APA. Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu olub.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis idarəsinin binasına içərisinə bomba yüklənmiş avtomobil vasitəsilə hücum edilib. Nəticədə şiddətli partlayış baş verib.

İlkin məlumatlara əsasən xeyli yaralı var. Hadisə yerinə çoxlu sayda ambulans göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR