Bakı - APA. Avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hər iki piyada xəstəxanaya yerləşdirilib, G. Qasımova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sumqayıtda avtomobil nənə və nəvəni vurub, nənə ölüb
![Sumqayıtda avtomobil nənə və nəvəni vurub, nənə ölüb](https://apa.az/storage/news/2016/august/15/big/cea429ca7814e1e0887ff5755d819c48.jpg)