Həsən Ruhani: “Yolumuz dünya ilə konstruktiv və dostluq münasibətləri qurmaqdır”

Həsən Ruhani: “Yolumuz dünya ilə konstruktiv və dostluq münasibətləri qurmaqdır”
# 07 may 2014 12:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Bizim yolumuz ölkəmizin maraqlarına uyğun olaraq dünya ilə konstruktiv və dostluq münasibətləri qurmaqdır”.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bu gün İlam şəhərində əhalinin qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İran bu gün beynəlxalq aləmdə həmişəkindən daha müvəffəqiyyətli və başı ucadır: “İndi dünya, xüsusilə qonşu ölkələrlə əlaqələrimiz həmişəkindən daha yaxşıdır. Biz bütün qonşularımızla əlaqələrimizi genişləndiririk”.

Qeyd edək ki, H.Ruhani bu gün İranın İlam vilayətinə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR