Azərbaycanda müəllimlərin attestasiyası məsələsi hazırda müzakirə olunmur

Azərbaycanda müəllimlərin attestasiyası məsələsi hazırda müzakirə olunmur
# 23 iyul 2013 10:59 (UTC +04:00)

Bakı. Könül Kamılqızı – APA. Azərbaycanda müəllimlərin attestasiyası məsələsi hazırda müzakirə olunmur. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Facebook səhifəsində təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallara verilən cavabda qeyd olunub ki, müəllim fəaliyyətinin sertifikatlaşdırılması məsələsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulub. Müvafiq normativ-hüquqi baza yarandıqdan sonra tətbiq ediləcək.

Bundan əlavə, məktəblərdə şagirdlərin asudə vaxtının təşkili ilə bağlı suala da cavab verilib. Qeyd olunub ki, bu işlə sinif rəhbəri, məktəbin uşaq birliyi rəhbəri, direktor müavini, direktor və sinif valideyn komitəsi məşğul olur. Eyni zamanda, məktəb rəhbərliyi ilə razılaşdırmaqla fənn müəllimləri də müxtəlif mövzular üzrə açıq havada dərslər keçə, səhnələşdirilmiş dərslər, eləcə də muzeylərə, tarixi abidələrə gəzintilər təşkil edə, tanınmış ictimai xadimlərlə görüşlər keçirə bilərlər. Təhsil Nazirliyi sistemində məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi mövcuddur. Şagirdlər dərsdən sonrakı vaxtlarda maraqlarına uyğun olaraq həmin mərkəzlərdə uşaq yaradıcılığı, ekoloji tərbiyə, texniki yaradıcılıq, turizm - diyarşünaslıq, idman və şahmat sahələri üzrə dərnəklərdə məşğul ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR