Azərbaycanda polis əməkdaşı ailəsi ilə birlikdə yol qəzasına düşüb, ölən və yaralananlar var - VİDEO

Azərbaycanda polis əməkdaşı ailəsi ilə birlikdə yol qəzasına düşüb, ölən və yaralananlar var - <span style="color: red;">VİDEO
# 28 iyul 2014 16:17 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəki-Zaqatala yolunun 31-ci kilometrliyində, Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Samir Əmrahovun idarə etdiyi “Nissan” markalı, 90 AP 809 dövlət nömrə nişanlı avtomobil idərəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücünün qızı, 2006-cı təvəllüdlü Suada Əmrahova aldığı xəsarətdən hadisə yerində keçinib. Sürücü və avtomobildə olan digər şəxslər - sürücünün həyat yoldaşı Asudə Əmrahova, digər qızı Zümrüd Əmrahova isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən avtomobilin sürücüsü S. Əmrahov Goranboy Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR