Sabah Ağdaşda seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatacaq

Sabah Ağdaşda seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatacaq
# 13 iyun 2016 08:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İyunun 14-də 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən Dairə Seçki Komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsini başa çatdırmalıdır.

Bu müddət 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar iyunun 15-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR