“DəmirBank” Masallı filialını modernləşdirib

“DəmirBank” Masallı filialını modernləşdirib
# 10 aprel 2015 12:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” bu gün Masallı filialının yeni modern dizaynda təmir olunmuş binasının açılış mərasimini keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində bank rəhbərliyi, filial müdirləri və digər məsul şəxslər iştirak ediblər.

M. Talışxanov küçəsi 3 ünvanında yerləşən Masallı filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR