İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri: “Məhəmməd peyğəmbər haqqında film də Yusif peyğəmbər haqqındakı film kimi olacaq”

İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri: “Məhəmməd peyğəmbər haqqında film də Yusif peyğəmbər haqqındakı film kimi olacaq”
# 04 dekabr 2014 14:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “İranda bu yaxınlarda çəkilişi başlanan Məhəmməd peyğəmbər haqqında filmdə peyğəmbərin simasının göstəriləcəyi barədə yayılan xəbərlər yanlışdır. Filmdə peyğəmbərin siması göstərilməyəcək”.


APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman keçirdiyi mətbuat konfransında söyləyib.

Abuzər İbrahimi Türkman deyib ki, filmin rejissoru ilə danışıb: “Bu, böyük filmdir. Filmdə peyğəmbərin simasının göstəriləcəyi barədə yanlış sözlər deyənlər istəyirlər ki, filmin təqdimatından qabaq bu film haqqında mənfi fikir yaratsınlar. Bu film peyğəmbərə həm sünni, həm şiə baxışı ilə düz gəlir. Filmdə ən böyük aktyorlar istifadə olunub. İranın Yusif peyğəmbər filmini görmüsünüz. O film necədir? Məhəmməd peyğəmbər haqqında film də Yusif peyğəmbər haqqındakı film kimi olacaq. İranda tarixi məsələləri çox öyrəniblər. Bu filmdə peyğəmbərə baxışı həm sünni, həm də şiə qəbul edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR