Bakıda yaşayış binasında yanğın olub - FOTOSESSİYA - VİDEO

Bakıda yaşayış binasında yanğın olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 fevral 2014 00:23 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Dadaş Bünyadzadə küçəsindəki, 11 D saylı binada baş verib.

Hadisə yerinə FNH Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Binanın sakinləri təxliyə ediliblər. Sakinlər bildiriblər ki, yanğından əvvəl partlayış səsi eşidiblər.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 18 p.m və pilləkən qəfəslərində 72 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyə edilib. Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR