SOCAR şahmat klubu Avropa çempionatında liderliyi əldən verib

SOCAR şahmat klubu Avropa çempionatında liderliyi əldən verib
# 26 oktyabr 2013 09:33 (UTC +04:00)

Bakı-APA. Yunanıstanda təşkil olunan şahmat üzrə klublararası Avropa çempionatında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Rodos adasında keçirilən yarışda Azərbaycan təmsilçiləri ilk dəfə məğlubiyyətə üzülüblər.


Belə ki, ilk 5 turu qələbə ilə başa vuran SOCAR Çexiyanın “Novi Bor” klubu ilə qarşılaşıb. Maraqlı keçən görüşdə rəqib 3,5:2,5 hesabı ilə qalib gəlib.

“Odlar Yurdu” da eyni hesabla uduzub. Emil Sutovskinin kapitanı olduğu debütant Sankt-Peterburq Şahmat Federasiyası ilə bacarmayıb.


VI tur

NOVİ BOR (ÇEXİYA) – SOCAR - 3,5:2,5

David Navara – Fabiano Karuana - 1:0

Radoslav Voytaşek – Veselin Topalov - 1:0

Viktor Lazniçka – Qata Kamski - 1:0

Krişnan Saşikiran – Şəhriyar Məmmədyarov - 0,5:0,5

Zbinek Xraçek – Van Hao - 0:1

Mateuş Bartel – Aniş Qiri - 0:1

SANKT-PETERBURQ ŞAHMAT FEDERASİYASI – ODLAR YURDU - 3,5:2,5

Petr Svidler – Emil Sutovski - 0,5:0,5

Lenyer Dominqes – Vasif Durarbəyli - 0,5:0,5

Nikita Vityuqov – Nicat Məmmədov - 1:0

Maksim Matlakov – Vüqar Rəsulov - 1:0

Vadim Zvyaqintsev - Rauf Məmmədov - 0:1

İldar Xayrullin - Zaur Məmmədov - 0,5:0,5

Beləliklə, 6 turdan sonra SOCAR liderliyi əldən verərək, ikinci pilləyə enib. “Odlar Yurdu” isə üçüncü yeri 8-ə dəyişib.

Turnir cədvəli: 1. “Novi Bor” (Çexiya) - 11 (şəxsi göstəricisi 24), 2. SOCAR - 10 xal (26), 8. “Odlar Yurdu” - 8 (24,5).

Qeyd edək ki, yarış bu gün başa çatacaq. Həlledici turda VI turunda SOCAR Sankt-Peterburq Şahmat Federasiyası, “Odlar Yurdu” isə “Uqra” (Rusiya) ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR