Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqlar iyulun 19-23-də Cenevrədə keçiriləcək

 Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqlar iyulun 19-23-də Cenevrədə keçiriləcək
# 23 iyun 2016 07:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Cenevrədə iyulun 19-23-də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində danışıqlar keçiriləcək.

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib ki, işçi qrupunun görüşləri olacaq: "Həmçinin daxili kənd təsərrüfatının dəstəklənməsi ilə bağlı çoxtərəfli görüşlər olacaq. Ola bilsin ki, 3 və ya daha çox ikitərəfli danışıqlar olsun. Biz artıq Rusiya, Səudiyyə Ərəbistanı və Norveçdən təklif almışıq. Biz nə vaxtsa ÜTT-yə üzv olacağıq. Danışıqlar gedir. Amma bunun nə zaman bitəcəyini demək çətindir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR