ABŞ-da yaşayış kompleksində güllələnmiş 5 insanın cəsədi aşkarlanıb

ABŞ-da yaşayış kompleksində güllələnmiş 5 insanın cəsədi aşkarlanıb
# 27 oktyabr 2013 02:18 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Arizona ştatının Finiks şəhərində polis yaşayış komplekslərin birində güllə yaralarından ölmüş 5 insan cəsədi aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fox News telekanalı məlumat yayıb.

Polis meyitləri atışma baş verdiyi binanın iki mənzilində aşkarlayıb. Mənzillərin birində 4 insan və 2 it cəsədi aşkarlanıb. Qonşu mənzilə baxış keçirilərkən daha bir nəfərin meyiti tapılıb. Qətllərin məhz bu insan tərəfindən törədildiyi və sonradan intihar etdiyi ehtimal olunur.

İnsidentin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR