Baş nazirin müavini: “Əgər Ermənistan düz yola gəlsə, Azərbaycan tələb edəcəyi təzminatın ödənişində müəyyən güzəştlərə gedə bilər” - VİDEO

Baş nazirin müavini: “Əgər Ermənistan düz yola gəlsə, Azərbaycan tələb edəcəyi təzminatın ödənişində müəyyən güzəştlərə gedə bilər” - <span style="color: red;">VİDEO
# 10 dekabr 2013 10:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi 60 milyard ABŞ dollar məbləğində hesablanıb. Lakin son beynəlxalq hesablamalara görə, dəymiş ziyanın real həcmi bundan 5 dəfə çoxdur: “Biz o vaxt heç bilmirdik ki, beynəlxalq aləmdə bu ziyanlar necə hesablanır. Son 5-6 ildə prezident İlham Əliyevin tapşırığı ilə Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasına müraciət olunub. Nəticədə müəyyənləşib ki, bu günədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi artıq 300 milyard dolları keçib. Beynəlxalq hüquq icazə verir ki, Azərbaycan istənilən vaxt bu zərəri təzminat formasında Ermənistandan tələb etsin. Əgər ermənilər düz yola gəlsələr, təzminatın ödənişində müəyyən güzəştlərə baxıla bilər. Əgər düz, konstruktiv yola gəlməsələr, təbii ki, Azərbaycan istənilən vaxt bu məbləğin təzminat formasında ödənilməsini tələb edəcək”.

Baş nazirin müavini ehtiyac olacağı təqdirdə, işğal olunmuş ərazilərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin olunacağını da istisna etməyib: “İşğal altında olan ərazilərin boşaldılması, dəymiş ziyanın ödənilməsi tələbi barədə beynəlxalq hüquq normaları, beynəlxalq sənədlər, konvensiyalar mövcuddur. Biz o konvensiyaların hamısına qoşulmuşuq. Bununla bağlı məsələlər Azərbaycanın milli qanunvericiliyində də yer alıb. Bizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində kifayət qədər qanunlar var. Onların da hamısı beynəlxalq konvensiyalara əsaslanır. Ehtiyac yarandıqca, bu qanunlarda müəyyən dəyişikliklər və əlavələr edilə bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR