Azərbaycan Tərcümə Mərkəzi İsveç beynəlxalq kitab sərgisində iştirak edib

Azərbaycan Tərcümə Mərkəzi İsveç beynəlxalq kitab sərgisində iştirak edib
# 27 sentyabr 2014 11:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud İsveçin Höteborq şəhərində keçirilən beynəlxalq kitab sərgisinə qatılıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, sərgi çərçivəsində A. Məsud İsveç Akademiyasının, Stokholm Kultur Radet Mədəniyyət Şurasının, Bonnier Agency və Noisteads Nəşr evinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı təcrübə mübadiləsi, İsveç və Azərbaycan ədəbiyyatının seçilmiş nümunələrinin antologiyalarının tərtibi və nəşr məsələləri müzakirə edilib.

Həmçinin, 2015-ci ilin sentyabrında baş tutacaq növbəti İsveç Beynəlxalq Kitab Sərgisində Azərbaycan kitablarının və təsviri sənətinin sərgilənməsi nəzərdə tutulan stendə yer ayrılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR