Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turunun açılış mərasimi və komandaların təqdimatı keçirilib - FOTO

 Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turunun açılış mərasimi və komandaların təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 01 may 2013 09:53 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turunun açılış mərasimi və komandaların təqdimatı keçirilib. Apasport.az saytının məlumatına görə, Dənizkənarı Milli Parkda baş tutan tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov veloturun iştirakçılarını salamlamış, Azərbaycan paytaxtının artıq mühüm bir idman mərkəzinə çevrildiyini, burada hər il çoxlu sayda müxtəlif beynəlxalq yarışların keçirildiyini söyləyib.

Federasiya prezidenti qeyd edib ki, bu gün Azərbaycan dünya ölkələri sırasında təkcə öz iqtisadi uğurları ilə deyil, həm də idman sahəsində göstəriyi nailiyyətlərlə tanınmaqdadır. Ölkə prezidenti İlham Əliyev ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafına böyük diqqət və qayğı göstərir. Paytaxtda və regionlarda müxtəlif idman qurğuları, Olimpiya kompleksləri tikilib istifadəyə verilir, gənclərin idmana cəlb edilməsi üçün məqsədyönlü işlər aparılır.

Məmmədov bildirb ki, ölkəmiz artıq ikinci ildir ki, beynəlxalq kateqoriyalı velosiped yürüşlərini qəbul edir. Bu il baş tutan “Tour d’azerbaidjan” Bakıda start götürəcək, ölkənin tarixi və mənzərəli landşaftları ilə zəngin olan 7 rayonunun ərazisində keçiriləcək. Federasiya prezidenti veloturun böyük bir idman bayramı olmaqla yanaşı, ölkəmizdə velosiped idmanının inkişafına yeni bir təkan verəcəyini söyləyib.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış ediblər.

Sonra “TOUR d’AZERBAIDJAN”da iştirak edəcək komandaların təqdimatı keçirilib. Təmsil etdikləri ölkələrin dövlət bayraqları altında meydana daxil olan komandalar və onların üzvləri ictimaiyyətə təqdim edilib. Veloturda ümumilikdə 24 komanda çıxış edəcək ki, bunların da 17-si kontinental, 5-i milli komandalardır. Hər komandanın tərkibində 6 velosipedçi yarışacaq. Bütövlükdə velotura 41 ölkədən velosipedçi qatılır.

Sonra tədbir geniş konsert proqramı ilə davam edib. Əvvəlcə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin, sonra populyar türk müğənnisi Mustafa Cecelinin canlı çıxışları, ardınca Azərbaycan incəsənət ustalarının mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konserti olub.

“Tour d`Azerbaidjan” beynəlxalq velosiped turunda aşağıdakı komandalar iştirak edir.

Synergy Baku Cycling Project AZE Continental
Team Vorarlberg AUT Continental
Rabobank Development Team NED Continental
Efapel – Glassdrive POR Continental
Atlas Personal - Jakroo SUI Continental
Torku Sekerspor TUR Continental
J. Jensen – Ramirent DEN Continental
Leopard - Trek Continental Team LUX Continental
Rad-net Rose Team GER Continental
Polygon Sweet Nice IRL Continental
ISD Continental Team UKR Continental
Alpha Baltic - Unitymarathons.com LAT Continental
Helicopters RUS Continental
Velo Club Sovac ALG Continental
Start - Trigon Cycling Team PAR Continental
Bridgestone Anchor JPN Continental
Continental Team Astana KAZ Continental
Lotto - Belisol U23 BEL Clubteam
Centre Mondial du Cyclisme SUI Clubteam
National Team Australia AUS National Team
National Team Spain ESP National Team
National Team Belarus BLR National Team
National Team Moldova MDA National Team
National Team Lithuania LTU National Team

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR