Azərbaycanda baş verən dəhşətli yol qəzasında ölənlərin və xəsarət alanları adları məlum olub - YENİLƏNİB - VİDEO

Azərbaycanda baş verən dəhşətli yol qəzasında ölənlərin və xəsarət alanları adları məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 16 iyun 2014 08:16 (UTC +04:00)

APA-nın məlumatına görə, Şəmkir rayonunda baş verən qəza zamanı Ağstafa rayon sakini, 2006-cı il təvəllüdlü Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 1984-cü il təvəllüdlü Fəqanə Quliyeva, 1948-ci il təvəllüdlü Rahilə Əsgərova 1992 ci il təvəllüdlü Taleh Hətəmov və Məmməd Məmmədov hadisə yerində ölüblər.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimov xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Rəhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşı, qəzada yaralanan Afaq Dərziyeva və dünyasını dəyişən Dərzi Dərziyev isə "Lider" TV-nin əməkdaşı Elnarə Dərziyevanın yaxın qohumlarıdır.

* * *

saat 10.40

Gəncə. Azər Məmmədli – APA. Şəmkirdə baş verən yol qəzasında 5 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.


Bu barədə APA-nın yerli bürosuna hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, xəsarət alanlar arasında jurnalistlər də olub.

Hazırda ölənlərin və yaralananların adları dəqiqləşdirilir.

* * *

saat 10.02

Bakı. Fuad Cəfərov - APA. Şəmkir rayonunda zəncirvari yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR