Azərbaycanda həbs edilən gürcüstanlı kriminal avtoritet "Koba Qruzinski"nin apellyasiya şikayəti təmin olunmayıb

Azərbaycanda həbs edilən gürcüstanlı kriminal avtoritet "Koba Qruzinski"nin apellyasiya şikayəti təmin olunmayıb
# 29 oktyabr 2013 08:29 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, K. Kvaxadze mənzillərdən oğurluq etməkdə təqsirləndirilir. O, həbs edilərkən üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. K. Kvaxadze Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) və 234. 1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddələri ilə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Koba Kvaxadze 10 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR