Bakıda 80 yaşlı qadın hamamda yıxılaraq ölüb

Bakıda 80 yaşlı qadın hamamda yıxılaraq ölüb
# 13 avqust 2015 07:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 80 yaşlı qadın hamamda yıxılaraq ölüb.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 17 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1935-ci il təvəllüdlü Zərifə Şirəli qızı Bəgulova yaşadığı evin hamamında yıxılıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR